MUELLIM.AZ’ ın məqsədi sizlər zaman itirmədən iş yerinizdən, evdən, universitetdən , məktəbdən bir sözlə olduğunuz hər hansı yerdən rahatlıqla maraqladığınız sahə üzrə keyfiyyətli təhsil ala biləsiniz. Saytımız sizə uzaqdan canlı dərslər, video dərslər, online sınaq imtahanları, online olimpiadalar, online və ənənəvi beynəlxalq olimpiadalar kimi imkanlar tanıdır.
1. Hesabların istifadəsi ilə əlaqədar
yaranan münasibətləri tənzimləyən şərtlər.
1.2 Saytımızdan istifadə etmək üçün
hesabınız olmalıdır. Bunun üçün sizdən e-mail, əlaqə nömrəsi və bəzi şəxsi
məlumatlar tələb oluna bilər.
1.3 İcazəniz olmadan birinin yaratdığı
problemlər sizin məsuliyyətinizdədir. Bu, şifrəniz barədə ehtiyatlı olmalısınız
deməkdir. Hesabınızı bir başqa adama verə və ya başqa adamın hesabından
istifadə edə bilməzsiniz.
1.4 Bir hesaba daxil olmaq istədiyinizdə
sizdən istədiyimiz məlumatları bizə təqdim etməsəniz hesaba daxil olmağınıza
icazə verməyəcəyik.
1.5 Hesab açma məlumatlarınızı başqa birinə
versəniz əmələ gələn problemlər üçün siz məsuliyyət daşıyırsınız və MUELLİM.AZ
bununla əlaqədar anlaşmazlıqlara müdaxilə etməz.
1.6 Başqa birinin hesabınızdan istifadə
etdiyindən şübhələnərsinizsə dərhal bizə məlumat verməlisiniz.
2. MUELLIM.AZ qeydiyyat və istifadəsi ilə
əlaqədar münasibətlərin tənzimlənməsi.
2.1 Hesabınıza əlavə etdiyiniz və satın aldığınız resurslar
bir ömür boyu sizə məxsus olur.
2.2 Hüquqi, siyasi və digər məsələlərə görə
resursu ləğv etməyə məcbur qaldığımız vaxtlar xaricində resurslarınızdan
sərbəst şəkildə faydalana bilərsiniz.
2.3 Resursları satın almaq bu bu resurs
paketlərinin sizə satıldığını, sizə məxsus olduğunu və başqa bir qurum və ya
şəxsə sata biləcəyiniz hüququnu verməz.
2.4 Heç bir resurs paketi icazəmiz olmadan
hər hansı yollarla çoxaldılaraq satıla və ya digər platformalarda görüntülənə,
yayıla, paylaşıla və dəyişdirilə bilməz.
2.5 MUELLIM.AZ, sizə (istifadəçilərə) biznes
məqsədi olmayan və başqasına verilə bilməyən, yalnız şəxsi istifadə olunan
icazə verir. Digər məqsədlər üçün istifadə etmək qadağan olunmuşdur.
2.6 Əgər hər hansısa bir tutarlı səbəbdən
kursu ləğv etməyə məcbur qalarsaq, istifadəçiyə xəbər etmədən resursu ləğv etmək
hüququmuz vardır.
3. Saytda davranış qaydalarını
müəyyənləşdirən şərtlər.
3.1 MUELLIM.AZ-ı yalnız qanuni məqsədlər
üçün istifadə edə bilərsiniz. Platformamıza yüklədiyiniz hər şey üçün
məsuliyyət daşıyırsınız. Rəylər, suallar, göndərilənlər, Resurslar və yüklədiyiniz
digər məlumatlar hər zaman qaydalarımıza və qanunlara uyğun olmalıdır və başqa
insanların yaradıcılığına hörmətlə yanaşmalısınız.
3.2 Təkrar olunan, hesabınızın başqa
insanlara istifadə üçün verdiyiniz hallarda və ya böyük cinayətlər olduğu
təqdirdə hesabınız blok edilə bilər.
3.3 Platformamızda vətəndaşların konstitusiya
və beynəlxalq hüquq normalarında aşkar olunan hüquqlarının pozulması
yolverilməzdir. Hüquqlarınızın pozulduğunu düşünürsünüzsə dərhal bizimlə əlaqə
saxlayın.
3.4 İstifadəçilər resurslardan
yararlandıqları müddətdə müəllimlərə sual ünvanlamaqda və ya rəy yazmaqda
sərbəstdirlər. Bəzi resurslarda müəllimlər sizə ev tapşırığı və ya test şəkilli
tapşırıqlar göndərə bilər. Sizə aid olmayan heç bir məlumatı paylaşmayın və ya
göndərməyin.
3.5 Müəllimlər platformamıza resurlar
paketləri yükləyə və resurslardan istifadə edən tələbələrlə əlaqə saxlaya
bilərlər. Hər iki halda qanunlara uymalı və başqalarının haqqlarına hörmətlə
yanaşılmalıdır.
3.6 Resurs paketinizdə başqalarına aid
məlumatların paylaşılması aşkar edilərsə və ya bu haqqda şikayət gələrsə, Resurs
paketiniz silinəcək.
3.7 Qaydaları pozduqda, qanuna uyğun
olmayan işlər gördüyünüz aşkar edildikdə, dələduzluq faktları aşkar olunarsa
hesabınız silinir və daxil olmanız əngəllənir. Bu zaman resurs paketləriniz
platformamızda qalmağa davam edə bilər.
3.8 Hesabınızın fəaliyyətini bu və ya digər
səbəblərdən dolayı xitam edə və ya məhdudlaşdıra bilərik. Bu zaman sizin və ya
üçüncü bir şəxsin qarşısında heç bir şəkildə məsuliyyət daşımadığımızı qəbul
edirsiniz.
3.9 Təlimçilərdən kimsə özünə aid olmayan resurs
paketi paylaşaraq başqa birinin hüquqlarını pozursa, bizə bildirin.
3.10 Ölkə qanunlarını pozan heç bir resurs,
cavab, rəy və ya başqa məlumat paylaşıla bilməz. Platformamıza yüklədiyiniz hər
bir video və digər materiallar üçün yalnız siz cavabdehsiniz. MUELLIM.AZ
platformasında resurs paketi paylaşmazdan əvvəl bütün qaydalara uyğun
olduğundan əmin olun.
4. MUELLIM.AZ platformasında paylaşılanlara
dair hüquqlarımız.
4.1 Resurs paketləriniz daxil olmaqla
platformamıza yüklədiyiniz bütün materialların mülkiyyəti sizə məxsus olur.
Görüşlərinizi, suallarınızı və rəylərinizi bizimlə bölüşdükdə ya da resurs
paketinizin tərkibini yaxşılaşdırmaq barədə və digər hallarda bizə müraciət
etsəniz, resurs paketini başqa platformalarda tanıtmağımıza, düzəlişlər
etməyimizə dair icazə vermiş sayılırsınız. Hüquqi dil ilə desək, bizə resurs
paketlərinizdə dəyişiklik etmək, çoxaltmaq, kopyalamaq, yaymaq və bunun kimi
hüquqlar verirsiniz. Bu şərtlərlə tamamilə razı olduğunuzu bəyan edərsiniz və
bunların istifadəsi üçün sizə heç bir ödənişin olunmayacağını qəbul edərsiniz.
5. Risklərin bölüşdürülməsi.
5.1 Resurs paketi hazırlamaq və paylaşmaq
üçün ermənistan vətəndaşı xaric hər kəs MUELLIM.AZ platformasından
istifadə edə bilər.
5.2 Platformaya yüklənən paketlərdə qanuni
problemlər olduğu halda gözdən keçirmək və ya düzəltmək bizə aid deyil. Bundan
əlavə olaraq kurs paketinin tərkibinin qanuni olub olmamasını yoxlayacaq
səlahiyyətimiz yoxdur. Kurs paketlərinin tərkibində heç bir dəyişiklik etmirik
və buna görə də, onların güvənli və ya inamlı olmasına dair qarantiya vermirik.
5.3 Aldığınız kurslara dair, hər hansı bir təlimçi
tərəfindən verilən məlumatlara güvənməyiniz sizin riskinizdir.
5.4 Xidmətlərdən istifadə edərkən
xoşagəlməz və ya uyğun olmayan resurs paketi tərkibləri ilə qarşılaşa
bilərsiniz. Qüvvədə olan qanunlara əsasən MUELLIM.AZ, sizi bu cür tərkibi olan resurs
paketlərindən istifadədən çəkindirmək və ya bu paketləri alaraq işlətməyinizə
qarşı çıxmaq kimi bir məsuliyyət daşımır. Buna sağlamlıq və fiziki məşqlərlə
bağlı dərslər də daxildir. Bu cür dərslərin tərkibini qəbul edərsiniz və
verilən tapşırıqlar zamanı xəstəlik, yaralanma, şikəst qalma və hətta ölümlə
nəticələnsə belə könüllü qəbul etmiş sayılarsınız. Bu dərsə qeydiyyatdan əvvəl,
qeydiyyat vaxtı və qeydiyyatdan sonrakı bütün seçimlərin məsuliyyəti sizə
aiddir.
5.5 Öz təhlükəsizliyiniz üçün e-mailinizi
və digər şəxsi məlumatlarınızı paylaşmayın.
5.6 Təlimçiləri işə biz götürmürük buna
görə də təlimçi və tələbə anlaşmazlıqları zamanı biz məsuliyyət daşımırıq.
5.7 Xidmətlərimizdən istifadə edərkən bizə
aid olmayan və başqa web saytlar qarşınıza çıxa bilər. Haqqınızda məlumat
toplamaq məqsədiylə qarşınıza çıxan bu kimi hallarda biz məsuliyyət daşımırıq.
5.8 WEB saytımızdan mobil tətbiqlərimizdən istifadə
edərkən tələbə və təlimçi tərəfindən
istifadəsinə razılıq verilmiş funksiyalardan başqasını istifadə etmək və ya
buna cəhd etmək qadağandır.
5.9 MUELLIM.AZ -a aid sayt logosu, markası
və ya Resursları təmsil edən hər hansı bir materialdan istifadə etmək hüququnuz
yoxdur.
6. Müəllimlərlə əlaqəli şərtlər.
6.1 MUELLIM.AZ -da təlimçi olaraq
qeydiyyatdan keçdiyinizdə bu şərtləri qəbul etmiş olursunuz. Bu şərtlər təlimçilərlə
əlaqəli müddəaları daha ətraflı tənzimləmək üçün nəzərdə tutlmuşdur.
6.2 Təlimçi olaraq paylaşdığınız və
göndərdiyiniz bütün məlumatlara cavabdeh şəxs sizsiniz.
6.3 MUELLIM.AZ- a doğru hesab məlumatları
daxil etməli və bu məlumatları qorumalısınız.
6.4 Yayınladığınız və ya göndərdiyiniz
məlumatlar üçüncü şəxsin əqli mülkiyyət hüquqlarını pozmamalı və başqa
məqsədlərə xidmət etməməlidir.
6.5 Hərhansı bir uyğunsuz, təcavüzkar,
irqçi, pornografik, yanlış, xətalı, təhqir, böhtan məzmunlu məlumatlar
yaınlamaq qadağandır.
6.6 Xidmətlər vasitəsilə hər hansı
istifadəciyə istənməyən məlumatlar, icazəsiz reklamlar və digər lazımsız və
qadağan olunmuş məlumatlar göndərilməsi qadağandır .
6.7 Xidmətləri tədris və öyrətmək
məqsədləri xaricində istifadə etmək qadağandır.
6.8 Başqasını təmsil etmək və ya başqasının
hesabına icazəsiz daxil olmaq qadağandır.
6.9 Digər müəllimlərə müdaxilə etmək və ya
başqa şəkildə xidmətlərini və ya resurslarını təqdim etmələrini əngəl olmaq
qadağandır.
6.10 MUELLIM.AZ mənbələrini nəzərdə
tutlmayan və cinayət xarakterli məqsədlər üçün istifadə etmək qadağandır.
6.11 Təlimçi və ya resurs, şərtlərimizə
uymadığında, Resurs keyfiyyət standrtlarına cavab vermədikdə və mənfi təsirləri
olduqda, təlimçilər tərəfindən xoşagəlməz hərəkətlərə yol verildikdə
xəbərdarlıq edilmədən resursları ləğv etmək və təlimçiləri əngəlləmək
hüquqlarımız vardır.
6.12 Resurslarınızı satışa qoyduğunuzda
uyğun qiymətin təyin olunması sizin tərəfinizdən müəyyənləşdirilir. Qeyd:
Təlimçiyə aid resursların satışı zamanı ,
istifadənnçinin ödədiyi məbləğin 60% - i MUELLIM.AZ- a məxsusdur.
7. MUELLIM.AZ platformasından və
xidmətlərimizdən istifadə edərkən aşağıdakı əməllərdən hər hansı birini
törətmək və ya törədilməsinə cəhd etmək qadağandır.
7.1 Platformanın hər kəsə açıq olmayan
yerlərinə, MUELLIM.AZ-ın kompüter və xidmət sistemlərinə müdaxilə və istifadə
etmək.
7.2 Platformanın təhlükəsizliyinə qarşı
təxribat, onu yoxlamağa çalışmaq, test etmək və hücuma dözümlülüyünü yoxlamaq.
7.3 MUELLIM.AZ platformasını və
xidmətlərini kopyalamaq, dəyiştirmək və saytın kodlaşdırmasını əldə etməyə cəhd
etmək.
7.4 Bizim sizə təklif etdiyimizdən başqa
yollarla sayta daxil olmağa çalışmaq.
7.5 Xidmətləri hər hansı bir yolla
dəyiştirilmiş, yanıldıcı, saxta qaynaqlı məlumat göndərmək. Sayta virus
göndərmək, gücə salmaq, lazımsız və istənməyən e-poçtlarla və digər bu kimi məlumatlarla
saytı doldurub zərər vurmağa çalışmaq.
8. Digər hüquqi şərtlər.
8.1 Xidmətlərimizdən istifadə edərək, bu
şərtləri qəbul etmiş olursunuz.
8.2 Bu şərtlərin hər hansı bir hissəsinin
əlaqəli qanunlar tərəfindən tətbiqi məhdudlaşdırıla və ya ləğv olunarsa,
əlaqəli qanunun nəzərdə tutduğu məqsədlərə ən yaxın yeni bir şərtlə
dəyişdirilmiş olaraq qəbul edilir və bu şərtlərin geri qalan hissəsi qüvvədə qalmağa
davam edəcəkdir.
8.3 Texniki baxış və ya saytda yaranacaq
texniki problemlərlə bağlı olaraq platformaya daxil olmaq mümkün olmaya bilər,
həmçinin təhlükəsizlik problemləri ilə də üzləşə bilərik. Bu kimi hallarda
iddia hüququnuzdan istifadə etməyəcəyinizi qəbul etmiş olursunuz.
8.4 Xidmətlər və məzmunlar olduğu kimi və
dəyişdirilmədən təqdim olunur. Biz xidmətlərin və məzmunların uyğunluğu,
təhlükəsizliyi, istifadəliliyi, xətasızlığı və digər xüsusiyyətləri barədə,
həmçinin xidmətlərdən istifadə nəticəsində hər hansı bir nəticə əldə
edəcəyinizə dair qarantiya vermirik.
8.5 Xidmətlərdən istifadəni bəzi səbəblərə
görə məhdudlaşdıra və ya sonlandıra bilərik. Bu vəziyyətdə yaranan zərərdən heç
bir şərtlə məsuliyyət daşımırıq.
8.6 İdarəçiliyimiz xaricində baş verən
proseslərdən məsuliyyət daşımırıq.
8.7 MUELLIM.AZ-a yayınladığınız və ya
göndərdiyiniz materiallardan, xidmətləri istifadənizdən və bu şərtləri
pozmağınızdan və ya üçüncü bir tərəfin hüquqlarını pozmağınızdan irəli gələn
üçüncü tərəf iddiasına, tələbinə, itkisinə, zərərə, və xərclərə qarşı müdafiə
etməyi və dəymiş zərəri ödəməyi qəbul edirsiniz.
9. Bu şərtlərin yenilənməsi
9.1 Saytı daha yaxşı hala gətirmək,
əlavələr və ya dəyişikliklər etmək üçün bu şərtləri dəyişə bilərik. Bu zaman
sizə məlumat məqsədli ismarıc və ya başqa cür məlumat veriləcək.
9.2 Dəyişikliklər hər hansısa bir əlavə
qayda olmazsa qeyd olunduğu gündən qüvvədə olur.
9.3 Dəyişikliklər olduqdan sonra hələ də
xidmətlərimizdən istifadə etməyiniz, bu dəyişiklikləri qəbul etdiyiniz mənasına
gəlir.
9.4 Yenilənən şərtlər əvvəlki bütün
şərtlərin yerini tutacaq.
10. Bizimlə əlaqə
10.1 Bizimlə əlaqə qurmaq üçün saytda qeyd
olunan e-poçt və ya əlaqə nömrələrindən istifadə edin.