Təlimçi

DAMLA NƏŞRİYYAT

54 Qeydiyyata alınmış tələbə

Haqqımda

Bioqrafiyaya ətraflı bax

Əziz şagirdlər, hörmətli müəllim və valideynlər. Sizə təqdim etdiyimiz kitab və vəsaitlərdən; Riyaziyyat-yarpaq test kitabı, Azərbaycan dili- yarpaq test kitabı, Məntiq- Beyin gimnastikası ("Beyin Məntidi") kitabbı, Sınaq imtahanları, Aylıq Bilik Qiymətləndirməsi (Damla jurnalı) Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təstiq edilmiş proqram əsasında tərtib edilmiş dərslik və proqrama uyğun olaraq hazırlanmışdır. Qiymətləndirmə vəsaitlərimizi, kitablarımızı, testlərimizi hazırlayarkən əsas məqsədimiz məktəbliləri müasir standartlara uyğun bilik, bacarıq və vərdişlərə yiyələndirmək, Vətəninə, xalqına, onun adət-ənənələrinə bələd olan, milli və ümumbəşəri dəyərlər zəminində formalaşan, fiziki və mənəvi cəhətdən sağlam, müstəqil həyata hazır, sağlam düşüncəli vətəndaşlar kimi yetişdirməkdir. Yarpaq test kitablar və vəsaitlərimiz müasir dizayn üslubunda hazırlanmışdır. Dərslik və proqrama tam uyğun olaraq hazırlanmış qiymətləndirmə vəsaitlərimiz və yarpaq test kitablarımızın övladlarınızın ən yaxın dostu olacağına inanırıq. Vəsaitlərimiz hazırlanarkən aşağıdakı tələblərə diqqət edilmişdir: - şagirdlərin Azərbaycan xalqının milli, mənəvi və mədəni dəyərləri ruhunda tərbiyə olunmasına, onların öz ailəsini, xalqını, Vətənini sevməsinə, insan haqlarına və bəşəri dəyərlərə hömrət etməsinə yönələn ideyalar olmalıdır; - şagirdlərin yaş psixologiyası və fizioloji xüsusiyyətləri nəzərə alınmalıdır; - dünyəvilik prinsipinə riayət edilməlidir; - elmin, texnikanın və mədəniyyətin müasir nailiyyətləri haqqında yoxlanılması mümkün olan və səlahiyyətli mənbələrdən götürülmüş məlumatlar öz əksini tapmalıdır; - illüstrasiyalar yığcam və mövzulara uyğun olmalıdır; - Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, ölkənin qoşulduğu beynəlxalq hüquqi aktlara zidd olan fikirlərə yer verilməməlidir; - milli, dini, irqi, cinsi və siyasi ayrıseşkilik təbliğ edən fikirlər, mübahisə doğuran məlumatlar olmamalıdır; - elmi mübahisə doğuran məsələlərə yer verilməməlidir; - Dövlət Təhsil Standarları əsasında hazırlanmış kurrikulumlara uyğun olmalıdır; - şagirdlərə müstəqil tədqiqatçılıq və yaradıcılıq vərdişləri aşılanmalı, onları düşünməyə sövq etməli, məntiqi təfəkkürü inkişaf etdirməlidir. Yarpaq test kitablarımızda hər bir müvzuya aid onlarla tapşırıq verilmişdir. Kitab və vəsaitlərimizdə testlərlə yanaşı açıq tipli tapşırıqlar da mövcuddur. Dərslik və proqrama tam uyğun olaraq hazırlanmış qiymətləndirmə vəsaitlərimiz və yarpaq test kitablarımız övladlarınızın ən yaxın dostu olacaqdır. Əsas qiymətləndirmə növləri Təhsil prosesində məzmun standartlarının mənimsənilməsi istiqamətində əsasən aşağıdakı qiymətləndirmə növlərindən istifadə olunur və onların hər biri qeyd edilən müvafiq məsələlərə aydınlıq gətirmək məqsədi daşıyır: İlkin səviyyənin qiymətləndirilməsi (diaqnostik qiymətləndirmə). Şagirdlər əsas bilik və bacarıqlara müəyyən dərəcədə malikdirlərmi? Şagirdlər tədris edilmiş materialın hansı hissəsini bilirlər? İrəliləyişlərin monitorinqi (formativ qiymətləndirmə). Standartların mənimsənilməsinə doğru şagirdlər kifayət qədər irəliləyə bilirlərmi? Yekun (summativ) qiymətləndirmə. Şagirdlər verilmiş standart və ya standartlar qrupundamüəyyən edilmiş məqsədlərə nail olublarmı? Qiymətləndirmənin bu növləri şagirdləri hər bir fənnin məzmun standartlarında göstərilən əsas bilik və bacarıqların əldə edilməsinə yönəlmiş fəaliyyət istiqamətləri ilə təmin edirlər; ilkin səviyyənin qiymətləndirilməsi (diaqnostik qiymətləndirmə) şagirdin biliyini müəyyən edir və təlimin düzgün qurulmasında müəllimə köməklik göstərir. Kanalımızda Damla nəşriyyatı tərəfindən hazırlanmış testlərin video həllinə - sualların izahına baxa bilərsiniz! Bu suallar sınaq imtahanlarında, kitablarımızda, Aylıq Bilik Qiymətləndirməsi jurnallarında istifadə edilmişdir. Əziz müəllimlər və valideynlər. Siz bu vəsait sayəsində bütün bu qiymətləndirmə növlərini həyata keçirə bilərsiniz. Ümumiyyətlə hər bir müəllim və valideyn bilməlidir ki, təhsil prosesində şagirdlərin biliyinin qiymətləndirilməsi şagird üçün cəza vermə vasitəsi deyil. Bu təlim və təhsil prosesinin daha səmərəli olması üçün nəzərdə tutulmuş fəaliyyətlərdən biri olmalıdır. Şagirdlər hər bir işə olduğu kimi təhsil prosesinə də sevərək cəlb edilməlidir. Bu zaman şübhəsiz daha uğurlu nəticələr əldə ediləcəkdir.

Əlaqə üçün:

(012) 408-19-88 (055) 204-89-91

54

Bütün Şagirdlər

2

Dərslər

1

Rəylər