Təlimçi

Evde Kurs

14 Qeydiyyata alınmış tələbə

Haqqımda

Bioqrafiyaya ətraflı bax

2015-ci ildə dostların təkidi ilə kurs verməyə başladıq. O zamanlar kiçik bir ofisdə kurslar keçirdik və bir çox dostlarımız bu kurslardan faydalanırdı. Həmin vaxtlarda bizim kurslardan faydalanan insanlar hal-hazırda ölkədə öndə olan şirkətlərdə video qrafika, motion design sahəsində işləyirlər. Son illər bir az ara verməyimizə baxmayaraq, həvəsli dostlar yenə də bizdən kurslar almaq istəyirdi. Biz də düşündük ki, elə bir sistem qurmalıyıq ki, nə tələbəyə yük düşsün, nə də bizə. Beləcə, qərar verdik ki, Udemy platforması vasitəsilə kurslarımızı sizə təqdim edək. Nəticədə, siz evdə, işdə, nəqliyyatda və hətta istirahət edərkən bizim kursları öz kompüterinizdən, noutbuk və planşetlərinizdən izləyə bilərsiniz. Hətta, Udemy-nin aplikasiyasını yükləyib mobil telefondan da izləmək mümkündür. Yəni, siz yollarda, tıxaclarda vaxt itirmədən, axşam işdən sonra və yaxud həftə sonları yorğun, halsız formada kurslara getmək əvəzinə, bizim kursları rahat formada izləyə biləcəksiniz. Kurslarımız 13 saat təşkil edir və bu 13 saat ərzində bircə dəqiqə belə boşa zaman itirməmişik. Bütün saniyələr, dəqiqələr dolu-dolu məlumat xarakterlidir. Onlayn kurs mövzusunda ümidlərimiz çoxdur və atdığımız addımlar, həmçinin öyrənmək üçün can atan insanların sayəsində daha da gözəl, maraqlı, faydalı və ən əsası öz doğma ana dilimizdə kurslar hazırlayacağıq.

14

Bütün Şagirdlər

1

Dərslər

0

Rəylər